22 
apr
2024
16:03
150
Yuxarı
Ölkənin bu bölgəsinə sulu qar yağdı – VİDEO
22 apr, 2024
16:03
150
Ölkənin bu bölgəsinə sulu qar yağdı – VİDEO
Aprelin 22-si saat 14:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.
Den.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s-yə çatır. Gədəbəy, Xaltan, Astara, Qrız, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış, Şahdağda sulu qar yağıb.
Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 6 dərəcəyədək istidir.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar