may
2024
13:54
52

Parlament seçkiləri ilə bağlı AÇIQLAMA: "Müəyyən qərarların verilməsi istisna deyil"

3 may, 2024
13:54
52

Parlament seçkiləri ilə bağlı AÇIQLAMA: "Müəyyən qərarların verilməsi istisna deyil"

"COP29"la əlaqədar olaraq Azərbaycanda parlament seçkilərinin bir qədər irəli çəkilməsi ehtimalı başa düşüləndir. Bu, dövlət idarəçiliyinin effektivliyi baxımından lazımlı ola bilər".

Bu barədə "Den.az"a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

"Məlumdur ki, Konstitusiyaya görə parlament seçkiləri noyabrda keçirilir. Lakin, bu il ölkəmiz dünyanın mötəbər tədbirinə ev sahibliyi edəcək. Hansı ki, 100 minə yaxın insanın sözügedən tədbirdə iştirak edəcəyi gözlənilir. Fikrimcə, mövcud şəraitə uyğun olaraq həm mərkəzi, həm də regional idarəetmə sistemində müəyyən qərarların verilməsi istisna deyil", - politoloq fikirlərini tamamlayıb.

Günəş Fərəh,
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar