Mən fəxr edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi sammitində Kipr türk xalqını təmsil etmişəm. Türk dünyasının gücü birlikdədir!
Den.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar bazar günü Lefkoşada keçirilən brifinqdə Azərbaycana səfərinin yekunlarını şərh edərkən bildirib.
Ersin Tatar göstərilən xüsusi diqqət və qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını bildirib. “ŞKTC nümayəndələri Azərbaycanda dövlət protokoluna uyğun olaraq qarşılanıb. Bu, əvvəllər yalnız Türkiyədə olub. Prezident İlham Əliyevə, eləcə də Şuşada sammitin təşkilində iştirak edən hər kəsə minnətdaram”, - deyə Tatar vurğulayıb.
Siyasətçi işğaldan azad edilmiş Xankəndi şəhərinə səfər etməkdən məmnunluğunu ifadə edib.
Tatar uzun müddətdir ki, bu cür əhəmiyyətli dialoq platformasında iştirak etməyə ümid etdiyini etiraf edib. “Bizim məqsədimiz TDT çərçivəsində əlaqələrin hərtərəfli inkişafıdır. ŞKTC bayrağının da Şuşada dalğalanmasından çox şadam”, - deyə ŞKTC lideri bildirib. Tatar eyni zamanda Aİ-nin ayrı-ayrı siyasətçilərinin Lefkoşanın Şuşada TDT-nin qeyri-rəsmi sammitinə dəvəti ilə bağlı reaksiyasını tənqid edib.
ŞKTC Prezidentinin sözlərinə görə, türk dövlətləri ilə əlaqələrin inkişafı Kipr türklərinin mövqelərinin möhkəmlənməsinə və Kiprdə “iki dövlət” prinsipinə uyğun ədalətin bərqərar olmasına mühüm töhfə verir.
"Xüsusi qonaqpərvərliyə görə İlham Əliyevə minnətdaram"

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.