"Azərbaycan bioloji quruluş baxımından çox mürəkkəbdir. Biz gedib Türkiyədə iş apardıq. İki yan-yana durmuş, normal tikilmiş bina var idi. Binanın biri çöküb, armaturları çıxıb, o biri binaya heç nə olmamışdı. Bunların arasındakı məsafə 6 metr 30 santı olub. Biz türklərə də göstərdik ki, sizin səhviniz burada olub ki, bu bina düşüb düz onun altına, 6 metr o yanda heç nə yoxdur. Dalğanın təsirindən enerji boşalması gedib, binaya təsir edib, dağıdıb yatızdırıb. 6 metr nədir? Bir otağın enidir də. Təsəvvür edirsiz? Mən bunu dəfələrlə onlara da göstərdim, burada da dedim. Xəritə ümumi seysmikliyi verir. 8 balın içində 10 balı da var, 9 balı da var. Məsələ burasındadır. Dalğa gələndə elə-belə gəlmir ki. Laylardan keçib gəlir də. Hər bir layın da öz sürəti, boşalması, enerjisi var".
Den.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O daha sonra əlavə edib:
"Bakıda elə bina var ki, onun iki qanadı 8, digər bir qanadı 9 ballıq ərazidədir. Güclü zəlzələ olanda əlbəttə ki, 9 ballıq ərazidəki bina dağılacaq. Hər bir binanın altı ayrıca öyrənilməlidir. Bunu mən demişəm, deyirəm, sübut da edirəm. Nəzəriyyəni də, praktikanı da göstərirəm. Bunlara əməl olunmalıdır. Hadisə olandan sonra lazım deyil tədbir görülsün. Ondan əvvəl gərək qarşısı alınsın. Buna görə binalar zəlzələyə davamlı tikilməlidir ki, dağıntılar minimuma ensin. Oksford universiteti ilə əməkdaşlıq çərçivəsində heç bizə məlum olmayan, bilmədiyimiz, zəlzələləri kosmik şəkillərlə müəyyən edirik. Onlar bizə kosmosdan olan görüntüləri veriblər. Orada xəndəklər qazmışıq. Torpaq nümunələri Oxford-da, Londona labaratoriyaya aparılıb, onların yaşı, dövrü analiz edilib. Hansı zəlzələlər olubsa, onun vaxtını müəyyən etmək mümkün olub. Ağsu, Göyçay, Salyanda bunları tətbiq etmişik. Bu işlər bütün Azərbaycan üzrə davam edəcək".
“Bakıda elə binalar var ki...” - Qurban Yetirmişlidən XƏBƏRDARLIQ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.