Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
“Den.az” xəbər verir ki, baş prokuror Kamran Əliyev Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və talehində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivlərini açdığını deyib.
Heydər Əliyev fəaliyyəti dövründə daim dərin hisslərlə bağlı olduğu vətəni Azərbaycanın, özünə dayaq bildiyi xalqının gələcəyi və rifahı naminə çalışıb. Onun siyasi fəaliyyətinin ən mühüm məqamlarından biri, Sovet İttifaqı dövründə yüksək vəzifələrdə olmasına baxmayaraq, Azərbaycan xalqının milli maraqlarını, tarixini və adət-ənənələrini qorumaq məqsədilə göstərdiyi mübarizə olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci Katibi vəzifəsində fəaliyyəti zamanı Heydər Əliyev, ölkəmizin inkişaf tarixində yeni bir dövr başlatmış və məhz onun rəhbərliyi altında, Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklər baş verib, bütün bölgələrdə, o cümlədən Naxçıvanda böyük infrastruktur layihələri həyata keçirilib.
Xüsusilə qeyd edilib ki, Heydər Əliyevin qətiyyəti və ağır əməyi sayəsində Sovetlər Birliyi dönəmində sosial-iqtisadi böhran keçirən Azərbaycan 1970-1980-ci illərdə İttifaqın ən qabaqcıl respublikalarından biri olub. Ümumilikdə 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində ölkəmizdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən çox İttifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlayıb.
Həmçinin vurğulanıb ki, həmin illərdə, ulu Öndərin fəaliyyəti nəticəsində xalqın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən silsilə tədbirlərin icrası sayəsində milli oyanışın, eləcə də Azərbaycanın gələcək müstəqilliyinin təmininə yönələn milli mübarizə ruhunun əsası qoyulub.
Tarixin bütün çağlarında müdrik və dahi rəhbərlərin mövcudluğuna ehtiyac duyulduğunu çıxışında qeyd edən Baş prokuror, dünya siyasətində aparıcı mövqeyə malik olmuş dövlət rəhbərlərinin ulu öndər haqqında səsləndirdikləri fikirlərdən sitat gətirib.
Daha sonra çıxışda bildirilib ki, Heydər Əliyev dahi siyasətçi olmaqla yanaşı, uzaq görən və müdrik dövlət rəhbəri idi. Vaxtilə onun tərəfindən atılmış addımlar bəzi bədxahlar tərəfindən qəbul edilməsə də və bu tədbirlərin əsl mahiyyətinin təhrif edilməsinə cəhdlər edilsə də, zaman bütün həqiqətləri ortaya çıxarıb. Atılmış hər bir addımın, o dönəmdə verilmiş hər bir qərarın məhz Azərbaycan xalqının mənafeyinə xidmət etməsini sübut edib.
Belə ki, torpaqlarının 20%-i işğal altında olan Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olmaq məqsədi ilə 1994-cü il mayında imzalanmış Bişkek protokolu həmin dövrdə bir mənalı qarşılanmasa da, tarix sübut etdiki müəyyən məsələlərin həllində müsbət nəticənin əldə edilməsi üçün uzaq görənlik və qətiyyətlə addım atılmalı və məsuliyyətə sahiblənmək lazımdır.
Ulu öndərin simasında biz bu qətiyyətin və uzaq görənliyin şahidi olduq. Artıq Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, regional və dünya siyasətində aparıcı mövqeyə malik, torpaqlarını öz qüvvəsi hesabına işğaldan azad etmiş qüdrətli bir dövlətdir.
Baş Prokurorluqda Heydər Əliyev anıldı - Fotolar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.