Ötən gün Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub.
Den.az Publika.az-a istinadən xəbər verir ki, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib.
Onun “Pasha Holding”ə məxsus “Pashabank”da işlədiyi bildirilir.
Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və AzTV-nin xarici dildə verilişlər redaksiyasının diktoru Sabir Rüstəmovun nəvəsidir.