ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrini qəbul etməyə və Demokratlar Partiyasının nümayəndələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Tramp “Seçkilərin nəticələrini tam qəbul etməyə hazıram” deyərək demokratlarla birgə işləmək niyyətini açıqlayıb.
ABŞ Prezidentinin sözlərinə görə, Konqres seçkilərində öndə gedən demokratların rəhbərliyi artıq onunla əlaqə saxlayaraq əməkdaşlıq etmək istədiyini bildirib.
“Mənim hər şeyə veto qoymaq hüququm var. Amma iki il ərzində sadəcə oturub hər qərara veto qoymaq istəmirəm. Biz demokratlarla işləyəcəyik. Onlar artıq mənə zəng ediblər”, – deyə Tramp vurğulayıb.

