“Azərbaycanda orta yaş 59-dur. Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil. Sovet dövründə hamısı dəqiq idi, hesablanırdı. İndi yalandan bir rəqəm deyirlər, guya adam çox yaşayır, yetmiş yaşdan yuxarı. Bir-iki adam bu yaşa qədər yaşayır, qalanlar hamısı əlli yaşda vəfat edir, heç pensiya yaşına çatmır. Adam 64 yaşında ölür, pensiya yaşı isə 65-dir. Bu yaşa qədər pensiya fonduna pul ödəyib axı. Bəs bu pulları kim yeyib? Yığılır qalır, kimə qalır? Mənə, ya sənə?”
DenMedia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış həkim Rəşid Mahmudov deyib.
“Yaponiyada kişilərdə orta yaş həddi yüzdən yuxarıdır. Qadınlarda isə 98-dir. Çünki onlar bir-birilərini seviblər, yaşayıblar. Biz isə 60 yaşa çatan kimi arvadımıza deyirik ki, səni mənə ürcah edən belə-belə olsun. Çünki kişi özü arvadı sevməyib alıb, məcbur ediblər ki, get bu qızı al, o da alıb. Ən əsası, yaponlar sağlam yaşayıblar, bizi kimi yox. Onlar 102 yaşda 50 yaşdakı kimi görürlər...” - həkim bildirib.