Denmedia.az xəbər verir ki, Millət vəkili, “Ana Vətən” partiyasının sədr müavini Günay Ağamalı Bakıda böyük tədbirə imza atıb.
“Ana Vətən” Partiyasının təşəbüsü, “Ana Vətən” Partiyasının Binəqədi rayon təşkilatının sədri və “Vətən Sağ Olsun” xeyriyyə cəmiyyətinin rəhbəri Püstəxanım Hüseynovanın təşkilatçılığı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə geniş tərkibdə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Millət Vəkili, “Ana Vətən” Partiyasının sədr müavini Günay Ağamalı Beynəlxalq Əlillər Günü münasibətilə tədbir iştirakçılarını salamladı və onlara xoş arzularını çatdırdı. Millət vəkili Günay Ağamalı çıxışı zamanı ölkəmizdəki fiziki məhdudiyyətli şəxslərin cəmiyyətimizdə bərabər statusa malik olduğunu diqqətə çatdırdı. Günay Ağamalı qeyd etdi ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərə elm-təhsil, idman, mədəniyyət, ümumilikdə, sosial həyatı əhatə edən bütün sahələrdə böyük işlərə imza atırlar. Fiziki məhdudiyyətli şəxslər hər zaman Möhtərəm Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edir, onların öz həyatlarını məhdudiyyətsiz formalaşdırılması istiqamətində zəruri işlər həyata keçirilir.
“Ana Vətən” Partiyasının Binəqədi rayon təşkilatının sədri, “Vətən Sağ olsun” xeyriyyə cəmiyyətinin rəhbəri Püstə Hüseynova çıxışında bildirdi ki, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə tam inteqrasiyası və onların sosial rifahının yüksəldilməsi hər birimizin ümumi vətəndaşlıq borcudur. Püstə Hüseynova vurğuladı ki, AVP-nin Binəqədi rayon təşkilatı və “Vətən Sağ Olsun” xeyriyyə cəmiyyəti bundan sonra da xüsusi qayğıya ehtiyacı olan insanlara mənəvi və sosial dəstəyini davam etdirəcək.





