Yanvarın 19-dan 25-nə qədər şiddətli geomaqnit qasırğası gözlənilir.
“Denmedia.az” xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, proqnoz günlərində (19-25 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının və gözlənilən TKA-nın təsiri ilə yüksələcəyi proqnozlaşdırılır.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-50%, orta geomaqnit enliklərdə isə 35-1%-dir.
Geomaqnit sahəsi - müsbət qütblü Tac Dəliyi Axınlarının bu gün və ya sabah, 18 yanvarda baş vermiş X1.95 sinifli alışmaya bağlı TKA-nın isə 20 yanvarda Yerə çatacağı gözlənilir. Bu səbəbdən də güclü (G3), hətta şiddətli (G4) geomaqnit qasırğasının baş verməsi ehtimalı var.

