Noyabrın 23-dən Bakıda yeni 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidməti məlumat yayıb.
Yeni marşrut sərnişinlərin ictimai nəqliyyata çıxış imkanlarını genişləndirmək və onların rahat gediş-gəlişini təmin etmək məqsədilə yaradılıb.
57B nömrəli avtobuslar “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı Məhəmməd Hadi küçəsi ilə Kazımağa Kərimov küçəsində yerləşən “Sabah City” yaşayış kompleksi arasında hərəkət edəcək.
“BakuBus” MMC-nin xidmət göstərəcəyi marşrut xəttinə 4 avtobus buraxılacaq. Avtobuslar 15 dəqiqəlik intervalla fəaliyyət göstərəcək.
Gedişhaqqı 60 qəpik təşkil edəcək və ödənişlər yalnız nağdsız formada qəbul olunacaq.

