Polşanın Lyublin şəhərində hava hücumu təhlükəsi ilə əlaqədar həyəcan siqnalları işə salınıb. Sakinlərə təcili olaraq təhlükəsiz yerlərə sığınmaq barədə xəbərdarlıq edilib.
Denmedia.az Polşanın Radio Lublin nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 20-də səhər saatlarında baş verib.
Lyublin və Podkarpatye voyevodalıqlarının bir sıra ərazilərində yaşayan sakinlərə hava hücumu təhlükəsi ilə bağlı təcili xəbərdarlıq göndərilib. Yerli hakimiyyət orqanları əhalini təhlükəsiz yerlərə sığınmağa çağırıb.
Polşa hərbçiləri ölkənin hava məkanına naməlum uçan obyektlərin daxil olması ehtimalını araşdırırlar.
Hazırda hərbi mütəxəssislər bu məlumatı təsdiqləmək və ya təkzib etmək üçün radar sistemlərinin qeydlərini təhlil edirlər.

