ABŞ-də Ağ Evin keçmiş mətbuat katibi Keti Zaxariya barəsində araşdırma başladılıb. O, müvafiq lisenziyası olmadan özünü peşəkar vəkil kimi təqdim etməkdə şübhəli bilinir.
Denmedia.az xəbər verir ki, araşdırmaya Kaliforniya Ştatının Vəkillər Kollegiyası tərəfindən başlanılıb.
Bu barədə “Campaign for Accountability” (CfA) qeyri-kommersiya təşkilatı məlumat yayıb. Təşkilat araşdırmanın başlanması ilə bağlı rəsmi bildiriş aldığını bildirib.
Araşdırmaya 2026-cı il oktyabrın 14-də təqdim edilmiş şikayət əsas olub. Şikayətdə Zaxariyanın vəkillik fəaliyyəti üçün tələb olunan lisenziyaya malik olmadığı halda dəfələrlə özünü vəkil kimi təqdim etdiyi iddia edilir.
Qeyd olunur ki, Zaxariya daha əvvəl vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququ verən ixtisas imtahanından keçə bilmədiyini etiraf edib.

