Türkiyəli tanınmış aktrisa Sumru Yavrucuk həmkarı Haluk Bilginerin “Türkiyə kinosu” ifadəsinə münasibət bildirib. O, bu məsələdə fərqli mövqe tutduğunu vurğulayıb.
Denmedia.az xəbər verir ki, aktrisadan Haluk Bilginerin “Türk kinosu” əvəzinə “Türkiyə kinosu” ifadəsini işlətməsi barədə fikirləri soruşulub.

Sumru Yavrucuk suala qısa və konkret cavab verib:
“Mən belə etmirəm”.
Aktrisa öz seçimini belə izah edib: “Mən türk lokumu deyirəm, türk kinosu deyirəm”.
Yavrucukun bu sözləri iki sənətçinin Türkiyə kinematoqrafiyasının adlandırılması məsələsində fərqli mövqelərə malik olduğunu göstərib.

