Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunmuşdur.
Xüsusi ilə vurğulayaq ki, DTX yarandığı gündən bugünədək mürəkkəb yol keçmiş təhlükəsizlik orqanlarının inkişafında ömrünün 25 ilini bu mühüm təsisatda xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyevin danılmaz rolu var. DTX-nin əməkdaşları dahi rəhbərin bu orqanlarda əsasını qoyduğu peşəkarlıq məktəbini və vətənpərvərlik irsini bu gün də layiqincə davam etdirirlər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət və əvəzsizdir. Məhz bu diqqət və qayğının nəticəsində DTX-nin fəaliyyətini müasir çağırışlara uyğun şəkildə qurmaq mümkün olur, Xidmətin maddi-texniki təminatı, əməkdaşların iş şəraiti və sosial vəziyyəti gündən-günə yüksəlir.
Nizami Rəsulov
Denmedia.az

