Yay Azərbaycana rəsmi olaraq daxil olur — iyunun 21-i saat 12:24:26-da.
Bu barədə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Məhz bu anda Yerin oxu ilə Günəşin istiqaməti arasındakı bucaq minimuma enir və nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə qalxır.
Bakıda həmin gün Günəş günorta saatlarında üfüqdən maksimum hündürlük — 73.1° səviyyəsinə çatır. Bu isə o deməkdir ki, ilin ən uzun gündüzü və ən qısa gecəsi məhz bu gün müşahidə olunur.
Rəqəmlərlə desək:
Gündüz — 15 saat 03 dəqiqə 24 saniyə
Gecə — 8 saat 56 dəqiqə 36 saniyə
Yay fəslinin ümumi müddəti isə 93 gün 15 saat 40 dəqiqə 42 saniyə olacaq.

