Milli Hidrometeorologiya Xidməti 29 iyul tarixinə gözlənilən hava proqnozunu açıqlayıb.
Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gün ərzində mülayim şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-25° isti, gündüz isə 30-34° isti olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bəzi dağlıq ərazilərdə gecə və səhər saatlarında arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə isə 40°-dən yuxarı olacaq. Dağlıq rayonlarda gecə 15-20° isti, gündüz 25-30° isti proqnozlaşdırılır.

