İstismar müddəti başa çatmış qəza vəziyyətində olan su xəttinin bir hissəsinin dəyişdirilməsi ilə əlaqədar 28 iyul səhər saatlarından 30 iyul günorta saatlarınadək bəzi ərazilərdə içməli suyun verilməsində fasilələr yaranacaq.
Məhdudiyyət Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı və Goradil qəsəbələrini, Corat bağ massivini, həmçinin Sabunçu rayonunun Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrini əhatə edəcək.
Məlumatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yayıb.
Qurum yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

