Avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 23–26°, gündüz isə 31–36° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70–75%, gündüz isə 45–50% olacaq.
Azərbaycanın rayonlarında, şimal və qərb rayonlarından başlayaraq, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan, şimşək çaxması və dolu mümkündür. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv olacağı ehtimal edilir.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman gözlənilir. Əsasən şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22–26°, gündüz 32–37° isti, dağlarda isə gecə 12–17°, gündüz 20–25° isti olacaq.

