Avqustun 19-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25°, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti olacaq. Dağlıq ərazilərdə gecə 12-17°, gündüz isə 20-25° isti təşkil edəcək.

