Cümə günü, sentyabrın 18-də Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Qaz İxrac İdarəsinə məxsus “Hövsan–Digah” magistral qaz kəmərində təmir-quraşdırma işlərinin aparılması və qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək bir sıra ərazilərə qazın verilişi dayandırılacaq.
Belə ki, Xətai rayonunun Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrində, M.Hadi, A.Rəhimov küçələrində və Babək prospektində, həmçinin Sabunçu rayonunun Balaxanı qəsəbəsinin bir sıra küçələrində və “Fazenda” yaşayış massivində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

