Türkiyənin “Çorum FK” futbol klubunda gözlənilməz istefa baş verib.
Türkiyə mediasının məlumatına görə, klubun vitse-prezidenti vəzifəsini icra edən iş adamı Turhan Mildon idarə heyətindəki vəzifəsindən istefa verib.
Mildon təkcə idman sahəsində deyil, şəxsi həyatı ilə də gündəmə gəlmişdi.

Belə ki, iş adamı bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili və müşaviri Alina Habba ilə evlənmişdi.
Onların evliliyi Türkiyə mətbuatında geniş müzakirələrə səbəb olmuşdu.
Turhan Mildonun klub rəhbərliyindən ayrılması gözlənilməz qərar kimi qiymətləndirilib.
İstefanın səbəbi hələlik açıqlanmayıb.

