Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Denmedia.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, magistral su xəttinin yenisi ilə əvəz olunmuş hissəsində birləşdirmə işlərinin aparılması ilə əlaqədar noyabrın 25-də gün ərzində sözügedən rayonların bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq.
Su təchizatının əvvəlki rejimdə bərpası noyabrın 26-da səhər saatlarına nəzərdə tutulub.

