Oktyabrın 2-də Bakının Nizami rayonunun bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, saat 09:00-dan axşam saatlarınadək rayonun bəzi ərazilərində içməli suyun verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Su təchizatında fasiləyə səbəb magistral su kəmərində aparılacaq tikinti-bərpa işləridir.
Qurum yaranacaq müvəqqəti narahatlığa görə sakinlərdən üzr istəyib.

