FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülən həbs olunub. O, Türkiyə Milli İstihbarat Təşkilatının və İstanbul polisinin bu gün keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Denmedia.az xəbər verir ki, Yasir Gülən silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir. Onun FETÖ terror təşkilatına maliyə yardımı göstərdiyi iddia olunur.
Qeyd edək ki, Yasir Gülən Fətullah Gülənin böyük qardaşı Salih Gülənin oğludur.

