Fransanın şərqində yerləşən Bezanson şəhərində zərgərlik fabriki silahlı şəxslər tərəfindən qarət edilib.
Franceinfo radiostansiyasının məlumatına görə, cinayətkarlar fabrikdən 20–50 kiloqram qızıl, həmçinin zərgərlik məmulatları oğurlayıblar.
Bildirilib ki, beş silahlı şəxs səhər saat 07:00 radələrində fabrikə basqın edib.
Hadisədən sonra cinayətkarlar qaçmağa müvəffəq olublar. Polis sonradan onların istifadə etdiyi yandırılmış avtomobili aşkar edib.
Faktla bağlı araşdırma davam edir.

