Azərbaycanda alt çənənin bərpası üzrə unikal əməliyyat həyata keçirildi.
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində yüksək texnologiyalı və nadir cərrahi əməliyyat uğurla icra olunub.
Məlumata görə, alt çənənin bərpası üzrə bu əməliyyat mərkəzdə ilk dəfə 2026-cı ilin mart ayında həyata keçirilib.
Təxminən 10 saat davam edən əməliyyatda müxtəlif ixtisaslardan olan cərrah briqadaları iştirak edib.
Cərrahi müdaxilə baş-boyun nahiyəsi üzrə ixtisaslaşmış həkimlər — tibb elmləri doktoru, professor Məhəmməd Davudov və şöbə müdiri, plastik və rekonstruktiv cərrah, tibb elmləri doktoru Elçin Məmmədov tərəfindən aparılıb.

