may
2024
16:54
70

"Biz hadisələrin istənilən istiqamətdə inkişafına hazır olmalıyıq" - Cənubi Qafqaz AÇIQLAMASI

7 may, 2024
16:54
70

"Biz hadisələrin istənilən istiqamətdə inkişafına hazır olmalıyıq" - Cənubi Qafqaz AÇIQLAMASI

"Ermənistanda və Gürcüstanda vəziyyətin gərginləşməsinin fərqli səbəbləri mövcuddur. İrəvanda Baş Nazir Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində apardığı siyasəti qəbul etməyən qüvvələrdir".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Əlimusa İbrahimov səsləndirib.

O bildirib ki, Gürcüstanda isə 2014-cü il Ukraynada baş verən Maydan hadisələrinin təkrarı baş verir. Ukraynanın hazırki vəziyyəti göz önündədir:

"Düşünmürəm ki, hər hansı bir ölkə onun yerində olmağı arzulasın. Gürcüstanda da hakimiyyətdə olan "Gürcü arzusu" partiyasının Avropa İttifaqı ilə nəzərdə tutulan yaxınlaşmaya qarşı çıxması və bu istiqamətdə real addımlar atması xalqın növbəti dəfə küçələrə tökülməsi ilə müşayiət olunur.
Bu çıxışların nə ilə nəticələnəcyini proqnozlaşdırmaq mümkün olmasa da "Gürcü arzusunun" arzusuna çıxacağını gözləmək olar. Yəni onlar parlamentə təqdim etdikləri "Rusiya qanununu" təsdiq etdirəcək və bununla da Avropa İttifaqı institutları ilə yaxınlaşma prosesini donduracaqlr. Narazı qüvvələrin ayağa qalxması iqtidara ciddi təsir göstərməyəcəyini düşünürəm. Bu iki Cənubi Qafqaz Respublikasında vəziyyətin öz məcrasından çıxması, regiona heç də yaxşı heç nə vəd etmir. Bu hadisələrin təsiri təkcə regionda deyil, regiona yaxın olan dövlətlərdə də öz təsirini göstərəcək. Biz isə hadisələrin istənilən istiqamətdə inkişafına hazır olmalıyıq".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar