Noyabrın 13-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev tədbirdə iştirak edən Tokionun qubernatoru Yuriko Koikenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Den.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib.
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə COP29-a hazırlıq işlərinin müvəffəqiyyətlə həyata keçirildiyi, sədrliyimiz çərçivəsində iqlim gündəliyi üzrə bütün tərəflər arasında konsensusa nail olunması istiqamətində nəticəyönümlü səylər göstərildiyi vurğulanıb.
Öz növbəsində R.Koike COP29-un uğurla təşkil edilməsi münasibətilə təbriklərini çatdırıb və COP29 sədrliyində ölkəmizə uğurlar arzulayıb.
Görüşdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib, dövlətimizin başçısı tərəfindən yaşıl enerji zonası elan edilmiş bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiq olunduğu vurğulanıb, Yaponiya ilə bu xüsusda əməkdaşlıq imkanları müzakirə edilib.
Söhbət zamanı Bakı və Tokio şəhərləri arasında əlaqələrin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Yuriko Koikenə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib.
Samir Nuriyev Tokio qubernatoru ilə görüşüb
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.