"Anatoli Vasserman Rusiya televiziya kanallarından birində intellektual proqramlardan birinin aparıcısı idi, elmi naliyyətlərdən danışardı. Necə oldusa “BOMJ” kimi geyinmə tərzi olan bu Vasserman Dövlət Dumasının deputatı oldu. Vasserman Vladimir Jirinovski öldükdən sonra onun “yerini” tutmağa çalışır, siyasi proqnozlar verməyə başlayıb".
Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib.
"Vasserman deyib ki, 2025-ci ildə SSRİ bərpa olunacaq. Özünü intellektual sayan Vassermanın əsaslandırması belədir ki, guya istənilən kontinental imperiya gec-tez bərpa olunur. Vassermanın məntiqi ilə Osmanlı, o cümlədən Avstriya-Macarıstan imperiyaları da bərpa olunmalıdır. Ancaq Vasserman kimilər ancaq Rusiya imperiyasının bərpasını əsaslandırmağa çalışırlar. Əslində Rusiyanın Ukraynaya qarşı başladığı müharibə elə SSRİ-nin bərpasına cəhd anlamı daşıyır, sadəcə bu savaş rusiyalı imperialistlərin boğazlarında ilişib qalıb. Əlbəttə, Ukraynanı işğal edə bilsələr hədəflərini böyüdəcəklər. Ancaq “hədəflərini” böyüdənə kimi özləri dağılmaq təhlükəsiylə üzləşəcəklər".
Günəş Fərəh
Den.az
Vassermanın SSRİ açıqlaması nəyə hesablanıb? - İLGİNC DETALLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.