Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
Denmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, saziş 2025-ci il oktyabrın 26-da Hanoy şəhərində imzalanıb.

