Azərbaycan Prezidenti İlham Əliyev Davosda Finlandiya Prezidenti Aleksander Stubb ilə görüşüb.
Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki təmasları məmnunluqla xatırlanıb, həmin görüşlərdə iki ölkə arasında münasibətlərin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.
Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Nordic-Baltic Eight qrupuna daxil olan ölkələrlə Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişaf perspektivləri də qeyd olunub.

