Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb.
Görüş zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə ətraflı məlumat verilib, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rol vurğulanıb. Bu kontekstdə qeyd edilib ki, bir sıra Avropa ölkələri, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin bəziləri Azərbaycan qazı ilə təmin olunur.
Eyni zamanda, görüşdə Azərbaycan ilə Vitol şirkəti arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, baş ofisi Rotterdamda yerləşən Vitol 1966-cı ildə yaradılıb və xam neft ticarəti üzrə dünyanın üç ən böyük broker şirkətindən biri hesab olunur.
DenMedia.az