Macarıstanın Baş naziri Viktor Orban və Polşanın Baş naziri Donald Tusk fevralın 21-də Ukraynanın maliyyələşdirilməsi məsələsi ilə bağlı açıq polemikaya giriblər.
Donald Tusk sosial şəbəkə X-də yazıb ki, Orban Avropanın Ukraynaya yardımını bloklayıb, Polşada isə Yaroslav Kaçinskinin SAFE proqramını – müdafiə və silah sənayesinə ayrılan vəsaiti – əngəlləməyə çalışdığını iddia edib. O, paylaşımını “Görün kim bundan məmnundur” sözləri ilə tamamlayıb.
Bir neçə saat sonra Viktor Orban da eyni platformada mövqeyini açıqlayıb.
“Münaqişə bitərsə, maliyyələşmə də bitəcək. Biz ailələrimizin gələcəyini riskə ataraq milyardlarla avronu başqa bir münaqişəyə göndərməyəcəyik”, — deyə Orban bildirib.
O əlavə edib ki, Ukraynaya maliyyə və digər yardımlardan imtina edən “sağlam düşüncə” təkcə Macarıstanda deyil, həm də Çexiya və Slovakiyada müşahidə olunur.

