Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat verilib.
Söhbət zamanı İlham Əliyev və Məsud Pezeşkian bir-birini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Azərbaycan və İran xalqlarına firavanlıq və rifah arzulayıblar.
İran tərəfi çətin günlərdə göstərilən humanitar yardıma görə Azərbaycana bir daha təşəkkür edib.
Prezident İlham Əliyev isə bildirib ki, Azərbaycan və İran həm xoş, həm də çətin günlərdə hər zaman bir-birinin yanındadır.
Telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi də aparılıb.

