Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyarto deputat mandatından imtina etdiyini və Çinin avtomobil istehsalçısı BYD şirkətində rəhbər vəzifəyə keçdiyini açıqlayıb.
O bu barədə “Facebook” səhifəsində məlumat yayıb.
“Deputat mandatımdan imtina ilə bağlı ərizə təqdim etmişəm”, — deyə Siyarto bildirib.
Keçmiş nazirin sözlərinə görə, ona dünya iqtisadiyyatının aparıcı şirkətlərindən birində çalışmağı nəzərdə tutan “son dərəcə şərəfli” təklif verilib.
Siyarto bildirib ki, bu gündən etibarən BYD-də fəaliyyətə başlayır. O, şirkətdə xarici əlaqələrə və yeni biznes istiqamətlərinin inkişafına cavabdeh olacaq.
Peter Siyarto 2014-cü ilin sentyabrından Macarıstanın xarici işlər naziri vəzifəsində çalışıb. Viktor Orbanın rəhbərlik etdiyi “FİDES — Macarıstan Vətəndaş İttifaqı” partiyasının 2026-cı ilin aprelində keçirilən seçkilərdə məğlub olmasından sonra o, parlament mandatını qoruyub və yeddinci dəfə deputat seçilib.
BYD “Build Your Dreams” ifadəsinin qısaltmasıdır. Baş ofisi Şençjendə yerləşən şirkət elektromobillər, akkumulyatorlar və yaşıl texnologiyaların istehsalı sahəsində dünyanın aparıcı şirkətlərindən biri hesab olunur.

