Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə gedib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında, eləcə də Mərkəzi Asiya dövlətləri və Azərbaycanın xarici işlər nazirlərinin toplantısında iştirakı və çıxışı nəzərdə tutulur.
Səfər zamanı həmçinin yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.

