22 
sen
2023
09:00
290

Şuşanın girişinə qoyulan tank götürüldü - Foto

22 sen, 2023
09:00
290

Şuşanın girişinə qoyulan tank götürüldü - Foto

1992-ci ildə işgaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi  qoyulan tank abidəsi götürülub.

“Den.az” xəbər verir ki, bu barədə görüntülər sosial media hesablarında yayılıb.

Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankını bərpa edilərək Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar