Məşhur aktyor İlker Aksum qatıldığı proqramda həyatına dair səmimi etiraflar edib və çətin dövrlərindən ilk dəfə bu qədər açıq danışıb.
Karyerasında yaşadığı problemlər və keçirdiyi psixoloji çöküş barədə danışan aktyor, bu prosesin onun həyatına ciddi təsir etdiyini bildirib. Canlı yayım zamanı emosiyalarına hakim ola bilməyən Aksum göz yaşlarına qərq olub.

“Məni o çuxurdan, o qaranlıqdan çıxardı. Ayaqlarımın üstündə durmağı öyrətdi.”
Aktyor vurğulayıb ki, bu çətin dövrdə ən böyük dəstəyi həyat yoldaşı **Dilay Ekmekçioğlu**ndan görüb. 2023-cü ildə ailə quran cütlük 2025-ci ilin əvvəlində Lila adlı qız övladını qucağına alıb.

Aksum hazırda həyatının böyük hissəsini ailəsinə həsr etdiyini və xüsusilə qızı ilə keçirdiyi vaxtın ona yeni güc verdiyini qeyd edib.

