Türkiyənin Bursa vilayətinin Gürsu rayonunda Taksim Yeşilyurt boşanma prosesində olduğu həyat yoldaşı Filiz Yeşilyurta ibtidai məktəbin qarşısında silahlı hücum edib.
Denmedia.az xəbər verir ki, həyat yoldaşının olduğu məktəbin qarşısına gələn kişi hələlik məlum olmayan səbəbdən qadına atəş açıb. Sinəsindən güllə yarası alan qadın ağır yaralanıb, hücumu törədən şəxs isə hadisə yerindən uzaqlaşıb.

Daha sonra özünü də güllələyən Taksim Yeşilyurt və ağır yaralanan Filiz Yeşilyurt ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin bütün səylərinə baxmayaraq, Filiz Yeşilyurtun həyatını xilas etmək mümkün olmayıb. Taksim Yeşilyortun xəstəxanada müalicəsi davam etdirilir.
Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Silahlı hücumun səbəbi hələlik müəyyən edilməyib.

