Tom Kruz və Keti Holmsun qızı Suri Şekspirin pyesi əsasında hazırlanan tamaşada baş rolu canlandıracaq. Bu barədə “Page Six” məlumat yayıb.
20 yaşlı Suri Şekspirin “Yay gecəsində yuxu” pyesinin müasir interpretasiyası olan “Yayın ortası” müziklində baş rolu oynayacaq.
Tamaşanı Surinin təhsil aldığı Karnegi Mellon Universiteti hazırlayır. Premyeranın Edinburq festivalında keçirilməsi planlaşdırılır.
Tom Kruz və Keti Holms 2006-cı ilin noyabrında İtaliyada evləniblər. Onların qızı Suri həmin il aprelin 18-də dünyaya gəlib. Cütlük 2012-ci ildə boşanıb.
Ötən ilin aprelində Tom Kruz qızının ad günündə iştirak etmədiyinə görə tənqid olunmuşdu. Daha sonra insayder aktyorun Suri ilə münasibətlərini bərpa etmək istədiyini və onun həyatı ilə maraqlanmağa davam etdiyini bildirmişdi.
İyunun sonunda isə Surinin atasının soyadından imtina etdiyi barədə məlumat yayılmışdı. Məşhurların yaxın çevrəsindən olan mənbə bunun Surinin paparassilərin diqqətindən yayınmaq və kollecdə sakit şəkildə təhsil almaq istəyi ilə bağlı olduğunu qeyd etmişdi.

