ATV-də yeni mövsümdə yayıma başlayan seriallarla bağlı ard-arda final qərarları verilir. “A.B.İ.” və “Aşk ve Taht” layihələrindən sonra “Mercan Köşk” serialının da ekran macərasının başa çatacağı məlum olub.
Tarsusun tarixi atmosferində çəkilən serial reytinqlərdə gözlənilən nəticəni əldə edə bilməyib və kanal rəhbərliyi erkən final qərarı verib.
Maraqlıdır ki, serialın aktyorlarından Mehmet Özgür bir müddət əvvəl yayılan final iddialarını təkzib etmişdi.
“Bu şənbə 5-ci bölüm möhtəşəm bölümdür. Sonra 6-cı bölüm daha da möhtəşəm olacaq. Biz sabah 7-ci bölümün çəkilişlərinə davam edirik. Qulağınıza gələn xəbərlər yalandır!” – deyə aktyor bildirmişdi.
Lakin buna baxmayaraq, kanal rəhbərliyi final qərarından geri çəkilməyib.
Baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin paylaşdığı “Mercan Köşk” 7-ci bölümü ilə tamaşaçılarla vidalaşacaq.

