29 
iyn
2023
17:43
286

Putin qiyamdan xəbərdar olan generala xəyanətin bədəlini ödətdi

29 iyn, 2023
17:43
286

Putin qiyamdan xəbərdar olan generala xəyanətin bədəlini ödətdi

Rusiyanı şoka salan "Vaqner" cəhdindən sonra ölkədə böhranın əks-sədaları hələ də davam edir. 

Den.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Rusiyanın müxalifət mətbuatı “Moscow Times” yazır ki, Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı və Ukraynadakı Rusiya qüvvələri komandanının müavini Sergey Surovikin Rusiyada "Vaqner"in muzdlu qruplaşmasının üsyan dalğasından sonra həbs edilib. 


Kremlyönümlü bloger Vladimir Romanov sosial media hesabında yazdığı paylaşımda Surovikinin 2023-cü il iyunun 25-də, "Vaqner" qiyamından dərhal sonra həbs edildiyini və Moskvadakı Lefortovo İstintaq Təcridxanasında saxlandığını iddia edib.

“Eko Moskva” qəzetinin keçmiş baş redaktoru Aleksey Venediktov iddia edib ki, Surovkin üç gündür ailəsi ilə görüşə bilmir.

Amerika mətbuatı “The New York Times” yazıb ki, Sergey Surovikinin "Vaqner"in muzdlu dəstəsinin lideri Priqojinin üsyan planlarından  xəbərdar olub.

Amerika Müharibə Araşdırmaları İnstitutu (SWI) Surovikinin həbsini Rusiya üçün mühüm addım kimi qiymətləndirib.

"Surovikinin həbsi Putinin orduda ciddi dəyişikliklər etmə niyyətinin əlaməti ola bilər", - institutun məlumatında deyilir. 

İnstitut hesab edir ki, hadisə real olsaydı, Rusiya dövlət hökuməti Surovikindən günah keçisi kimi istifadə edəcəkdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar