Avstraliyanın Nyukasl şəhərində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı 9 nəfər xəsarət alıb. Yaralılar arasında bir uşaq da var.
9News portalının məlumatına görə, xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.
İki nəfərin, o cümlədən azyaşlının vəziyyəti kritik qiymətləndirilir.
Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

