“Vaqner”in Rusiya höhumətinə qarşı üsyan cəhdindən sonra muzdluların liderinin dəyişəcəyi barədə iddialar səsləndirilmişdi.
Den.az xəbər verir ki, yerli media “Vaqner”in lideri postuna namizədlərin muzdluların liderlərindən hesab edilən Dmitri Utkin və muzdlularla dövlətin bağlantısını təmin edən Andrey Troşev olduğunu yazırdı.
Məlumata görə, Dmitri Utkinin Yevgeni Priqojinlə təyyarə hadisəsində həlak olmasından sonra “Vaqner”in lideri postuna tək namizədin Andrey Troşev olduğu qeyd edilib. Utkinin ölümündən sonra Troşev “Vaqner”də yeganə lider olaraq qalıb. 61 yaşlı Torşev Putinin yaxın adamlarından hesab edilir. Bildirilir ki, “Vaqner”in Sankt-Peterburqdakı inzibati heyətin rəhbəri olan 61 yaşlı Andrey Troşev tanınmış keçmiş komandirdir.
Polkovnik rütbəsi ilə ordudan təqaüdə çıxan Troşev əvvəllər DTK-da baş zabit vəzifəsində çalışıb. Əfqanıstan və Çeçenistan müharibələrində komandir kimi xidmət etmiş Troşev, “Vaqner”in Suriyadakı hərbi stratgeyiyasını hazırlayan komandir olub.(Metbuat.az)
"Vaqner"də Priqojinin postuna o gətirilir - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.