"Vaqner" özəl hərbi təşkilatının iyun ayındakı qiyamından sonra Rusiya xidmət orqanları Yevgeni Priqojinin evində onun yerinə uçuşlara qatılan oxşarının sənədlərini tapıblar.
Den.az bildirir ki, bu barədə "The Guardian" nəşri yazır. Məqalədə qeyd edilir ki, sənədlərdəki bütün məlumatlar Priqojinin məlumatları ilə eyni olub, lakin foto onun oxşarına aid olub.
Bu məlumatdan sonra Priqojinin qəzaya düşən təyyarədə olmadığı, onun əvəzinə təyyarəyə oxşarının mindiyi iddiaları güclənib. "Vaqner qiyamı"ndan sonra Priqojinin evindən çıxan oxşarının sənədləri də yayılıb.Xatırladaq ki, avqustun 23-də Priqojinin biznes-jeti Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Nəticədə Priqojin və təyyarədəki digər 9 nəfər ölüb.mətbuat.az
Sənədlər yayıldı, uçuşlara onun yerinə oxşarı gedirmiş - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.