Hindistanda bir aylıq körpələrini 1200 dollara satan valideynlər polis tərəfindən həbs edilib.
NDTV telekanalının məlumatına görə, valideynlər əldə etdikləri pula qızıl boyunbağı və mobil telefon alıblar. Hər iki əşya sonradan polis tərəfindən müsadirə edilib.
Araşdırma zamanı məlum olub ki, körpə daha bir neçə dəfə başqa şəxslərə satılıb. Beləliklə, oğlan uşağı dörd müxtəlif ailənin əlinə keçərək doğulduğu şəhərdən 550 kilometrdən çox uzağa aparılıb.
Polis körpəni Heydərabad şəhərində aşkar edib.
Hazırda istintaq iştirakçıların başqa uşaqların satışında da əli olub-olmadığını araşdırır.

