Afrikanın şimalında yerləşən Sahara səhrasındakı Tin-Zavaten döyüşü Rusiyanın “Vaqner” Qrupunun bu qitədəki ən ağır məğlubiyyəti idi.
Den.az xəbər verir ki, separatçı Tuareq üsyançıları radikal islamçı döyüşçülərlə birlikdə Malinin şimalındakı Tin-Zavaten yaxınlığında “Vaqner” rus qrupunun 67 muzdlusunu məhv edib.
Fransanın “FRANCE 24” telekanalı Vaqner döyüşçülərinin cəsədlərinin görüntülərini əks etdirən kadrları yayımlayıb
“Bu, Rusiyanın muzdlu qruplaşması olan “Vaqner”in Afrikada fəaliyyət göstərdiyi vaxtdan bəri ən böyük məğlubiyyəti idi. Onlar Tuareq üsyançıları tərəfindən pusquya salındıqdan sonra üç günlük gərgin döyüşlər zamanı öldürülüb. Qalan silahlılar isə islamçı qüvvələri tərəfindən hücuma məruz qalıb. Döyüşün bir anını “Vaqner” döyüşçülərindən olan Nikita Fedyanin özü lentə alıb. Üsyançılar öldürülən “Vaqner” qüvvələrinin üzərindəki telefonları və GoPro kameralarını götürüblər”, – deyə telekanal vurğulayıb.
Məlumata görə, “Vaqner” döyüşçüləri Mali hökumət qüvvələrinə dəstək vermək məqsədilə döyüş mövqeyinə doğru irəliləyib. Lakin onların bu planı Tuareq üsyançılarının gözlənilməz hücumu ilə alt-üst olub.
Qeyd edək ki, Tuareqlər bir əsrdən artıqdır Afrikada müstəqil dövlət qurmaq uğrunda mübarizə aparan qədim tayfadır.
Günəş Fərəh
Den.az
Fransa nəşri: Bu, “Vaqner”in Afrikadakı ən ağır məğlubiyyəti idi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.