14 
okt
2023
11:50
793

Rəqsanənin daha bir qızı müğənniliyə başlayır - VİDEO

14 okt, 2023
11:50
793

Rəqsanənin daha bir qızı müğənniliyə başlayır - VİDEO

Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı Yağmur da müğənniliyə başlayacaq.
 
Den.az xəbər verir ki,bu barədə o, “Elgizlə izlə” verilişinə müsahibəsində bildirib. 
 
Rəqsanə Yağmurun ilk klipini bu yaxınlarda çəkəcəyini açıqlayıb: 
 
“Yağmurun ifası və seçdiyi musiqi janrı fərqlidir. Seçimi onun özünə buraxdım. Yağmur müğənni olmaq istədiyini söylədi. Ən çox atası Fazil Əmiraslanovla məsləhətləşdi. O da dedi ki, Yağmur müğənni kimi uğur qazana biləcək. Buna görə də ailəmizlə Yağmura bu yolda dəstək olmağa qərar verdik. İnşallah, bu həftə Yağmura yeni klip çəkəcəyik”. 
 
Yağmur isə valideynlərinin ona maddi dəstək olduğunu deyib: 
 
“Mən Rəqsanə İsmayılovanın qızı kimi tanınmaqdan fəxr edirəm. Çünki anam olmasaydı, bu yerlərə və bu günə gəlib çıxmazdım. Anam da, atam da mənə həm maddi, həm də mənəvi dəstək olurlar. Onlara buna görə minnətdaram. İstədiyim yolu seçmişəm və bu yolu gedirəm. Xoşbəxtəm”

[media=https://bax.tv/maqazin-xeberleri/reqsanenin-qizi-yagmur-da-mugenniliye-baslayir-186101?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=186101]

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar