avq
2023
14:31
126

SON DƏQİQƏ:Razi Nurullayevə bir ay vaxt verildi

4 avq, 2023
14:31
126

SON DƏQİQƏ:Razi Nurullayevə bir ay vaxt verildi

Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Razi Nurullayevin sədri olduğu Milli Cəbhə Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.
 


Den.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
 
Partiya Nazirliyə 5396 üzvün məlumatlarını təqdim edib. Onlardan 845 nəfərin məlumatları düzgün qeyd edilməyib.
 
90 nəfər başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilir. Məlumatda qeyd olunur ki, 210 nəfər partiya üzvü olmadığını deyib, 53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib. Beləliklə Nazirlik partiyanın 3504 üzvünü təsdiq edib.
 
Çatışmazlıqların aradan qaldırılması üçün partiyaya bir ay vaxt verilib.
 
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
 
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
 
Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət, AXP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar